"Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir. Bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0% artaraq 2 milyard 688 milyon dollar təşkil edib".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.