Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6.000-dən çox insan daimi işlə təmin olunub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2.000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.