“EY İlin İş Adamı” müsabiqəsi ölkəmizdə dördüncü dəfə keçirilir

2022.12.21 09:53 (UTC+04:00)

EY (keçmişdə Ernst & Young) şirkəti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “EY İlin İş Adamı” 2022-2023 müsabiqəsində iştirak etməyə dəvət edir. “EY İlin İş Adamı” proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda lider mövqe tutan şirkətlər yarada bilmiş, cəmiyyətə müsbət təsir göstərən uğurlu kiçik və orta sahibkarlıq subyektlərinin namizədliklərini (ərizələrini) qəbul edir.

Kimlər iştirak edə bilər?

Namizədliyi necə irəli sürmək olar?

Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.

Proqramın cədvəli:

Münsiflər heyəti:

Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.

Məxfilik

Namizədlik irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.

Tərəfdaşlar və sponsorlar:

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə strateji tərəfdaşlıq çərçivəsində ABB, bp və "Veyseloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə keçirilir. AZPROMO və "EKVITA" proqramın tərəfdaşları sırasındadır.

“EY İlin İş Adamı” proqramı haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.