11 ayda 1823 uyğunluq sertifikatı verilib

2022.12.20 18:30 (UTC+04:00)

2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 1823 uyğunluq sertifikatı verilib.

Bunlardan 417-si qida məhsulları, 1367-si qeyri-qida məhsulları, 39-u isə xidmət sahəsini əhatə edir.