Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir

2022.12.20 17:25 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.

Yarışların növbəti turunda İqtisadiyyat Nazirliyinin komandası Mədəniyyət Nazirliyinin təmsilçiləri ilə qarşılaşıb. Oyunda İqtisadiyyat Nazirliyi komandası böyük hesabla qalib gəlib - 12:0

İqtisadiyyat Nazirliyinin komandası dekabrın 24-də keçirəcəyi növbəti oyunda Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ilə yarışacaq.