Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edəcək

2022.12.20 12:26 (UTC+04:00)

Almaniyanın Berlin şəhərində 20-29 yanvar 2023-ci il tarixlərində "Beynəlxalq Yaşıl Həftə – 2023" ("International Green Week – 2023) qida, kənd təsərrüfatı və bağçılıq sərgisi keçiriləcək. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.

Qeyd edək ki, Avropanın ən iri sərgilərindən hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1 500-dən çox şirkətin və 5 000-dək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur. 2023-ci ildə keçiriləcək növbəti sərgidə Azərbaycan 13-cü dəfə iştirak edəcək.

AZPROMO yerli sahibkarların sərgidə iştirakı ilə bağlı müraciətlərin qəbuluna başlayıb. Sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı əlaqə vasitəsilə AZPROMO-ya müraciət edə bilərlər:

Telefon: (+994 12) 598-01-47/48

E-mail: [email protected]