Prezident apellyasiya şuralarının yaradılması haqqında fərman imzaladı

2019.05.06 18:20 (UTC+04:00)

Prezident İlham Əliyev "Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman" imzalayıb. Fərmanda dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılması tapşırılıb.

Qeyd edək ki, sənəddə dövlətə məxsus olan hüquqi şəxs dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi, eləcə də dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur. Həmin fərmanla "Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə" də təsdiq edilib. Dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir. Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, qanunvericilik aktlarının bu sənədə uyğunlaşdırılmasını təmin etsin.

Bu Fərmandan irəli gələn digər məsələlərin həlli isə Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına həvalə edilib.