2.500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur

2022.12.19 16:40 (UTC+04:00)

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2.343 layihəsinin maliyyələşdirilməsi üçün 119,6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 2.500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.