Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət əlaqələri müzakirə olunub

2022.12.19 15:44 (UTC+04:00)

"Səudiyyə Ərəbistanı Krallığınının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, o cümlədən investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.