Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi artıb

2022.12.19 15:03 (UTC+04:00)

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 68 faizdən çox artıb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda deyib.

Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var.

AZƏRTAC