187 qadın sahibkara 6,9 milyon manat güzəştli kredit verilib

2022.12.19 11:56 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, 2022-ci ilin 11 ayı ərzində 187 qadın sahibkara 6,9 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə bu göstərici 130 qadın sahibkar üzrə 11,4 milyon manat təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində gənc sahibkarların 77 layihəsi maliyyələşdirilib və bu məqsədlə 10 milyon manat vəsait ayrılıb. 2021-ci ilin müvafiq dövründə isə 52 gənc sahibkar 2 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.