Yanvar-noyabr aylarında ÜDM artıb

2022.12.16 17:09 (UTC+04:00)

"Bu ilin yanvar-noyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,8% artaraq 121 mlrd. 445,8 mln. manat, qeyri-neft-qaz sektorunda isə 9,2% artaraq 61 mlrd. 628,3 mln. manat təşkil edib".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.