"Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə türk dövlətlərinin uğurlu tərəfdaşlığının əhəmiyyətini vurğuladıq. Üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr apardıq".
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.