ABŞ Prezidenti Çinə qarşı əlavə vergi tətbiq olunacağını bildirib

2019.05.06 13:49 (UTC+04:00)

Son vaxtlar ABŞ-la Çin arasında "ticarət müharibəsi"nin səngidiyi, ticarət sazişinin imzalanmasına şərait yarandığını bildirən xəbərlər yayılmaqda idi. Çin iki ölkə arasında "ticarət müharibəsinə" son qoyacaq danışıqların aparılması üçün Vaşinqtona rəsmi heyət göndərməyi planlaşdırmışdı. Lakin keçən həftənin axırında baş verənlər bu ehtimalın hələlik real olmadığını göstərir. ABŞ Prezidenti Donald Tramp Twitter şəbəkəsi üzərindən yaydığı açıqlamada 200 milyard dollar dəyərində Çin mallarının idxalına görə tutulan vergilərin iki dəfərdən çox artırılacağını, Çin mallarına əlavə vergilərin tətbiq olunacağını bildirib. ABŞ mətbuatı bu bəyanatdan sonra Çin Xalq Respublikasının Baş nazirin müavini Liu Henin rəhbərliyi ilə yenidən başması nəzərdə tutulan görüşləri ləğv etmək niyyətində olduğunu yazıb. Trampın bəyanatından sonra Çin birjasında eniş olduğu müşahidə edilir. Çinin Mərkəz Bankı təcili tədbir görmək üçün 41 milyara dollar vəsaiti sərbəstləşdirib.