Fiziki şəxsin müəssisə yaratmaq üçün yeni VÖEN almasına ehtiyac varmı?

2022.12.15 12:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Sorğunuzda qeyd olunan fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi və ya yeni hüquqi şəxs yaratmaqla həyata keçirə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.