Hazırda Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir.
Bu barədə iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.
E.Əliyev bildirib ki, bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 437 milyon dollar təşkil edir. Bunun 384 milyon dolları ixracın, 52 milyon dolları idxalın payına düşür. Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi artmaqda davam edir.
İsveçrə Azərbaycanın qeyri-neft-qaz sektoruna 48 milyon ABŞ dolları dəyərində investisiya yatırıb, Azərbaycanın İsveçrəyə sərmayə yatırımı isə 29 milyon dollar təşkil edib.
“SOCAR” brendi Azərbaycan biznesini İsveçrədə uğurla təmsil edir. Ölkələrimiz arasında iqtisadi dövriyyənin artırılması üçün kifayət qədər geniş perspektivlər var”, - deyə nazirin 1-ci müavini qeyd edib.
AZƏRTAC