AZPROMO "TRT Dünya Forumu"nda iştirak edib

2022.12.13 17:05 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev İstanbulda "TRT Dünya Forumu" çərçivəsində təşkil olunan "Tənəzzül və staqflyasiya arasında: Dünya iqtisadiyyatı yolayrıcında" mövzusunda panel müzakirələrində iştirak edib.

Yusif Abdullayev qlobal ərzaq, maliyyə və enerji böhranları fonunda Azərbaycan iqtisadiyyatının inkişafını diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib, birbaşa xarici investisiyaların həcmində müsbət dinamikanın müşahidə olunduğunu bildirib.