İşğaldan azad olunmuş ərazilərdə yeni dəhlizlərin açılması ilə bağlı işlər davam edir. Hazırda Qarabağda Ağbənd keçid məntəqəsi üzərində işləyirik.
Bu sözləri Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
İşğaldan azad olunmuş ərazidə iki postumuzun olduğunu söyləyən Şahin Bağırov deyib: "İran sürücüləri müxtəlif vasitələrlə yol vergisindən qaçmaq istəyirdilər. Amma biz rüsumların ödənilməsini tələb etdik. Artıq 3 maşın bu postlardan keçib".
AZƏRTAC