Aqrar Subsidiya Şurası 2023-cü il üçün subsidiya əmsallarını açıqlayıb

2022.12.13 14:00 (UTC+04:00)

Aqrar Subsidiya Şurası 2023-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, qərara əsasən, baza məbləği 200 manat olmaqla 2023-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən olunub.

Tam siyahı ilə bu linkdən (https://bit.ly/3hp9Mxp) tanış olmaq olar.