5047 müraciət üzrə faizlərin subsidiyalaşdırılmasına 71.4 milyon manat vəsait ayrılıb

2022.12.13 10:40 (UTC+04:00)

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6333 müraciət daxil olub, bunlardan 5047-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın məbləği 71.4 milyon manatdır.

Qeyd etmək lazımdır ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.