Avropa İttifaqı kriptovalyuta ilə bağlı qanunları sərtləşdirəcək

2022.12.15 13:00 (UTC+04:00)

Avropa Komissiyasının (AK) kriptovalyuta sektorunda vergidən yayınma və qaçaqçılıq halları ilə mübarizə planı rəqəmsal aktiv xidməti göstərənlərin Avropa İttifaqında (Aİ) yaşayan müştərilərlə bağlı əməliyyatlar barədə məlumat verməsini əhatə edir.

AK-nın hesablamalarına görə, üzv dövlətlər 2020-ci ildə kriptovalyuta əməliyyatlarından ƏDV gəlirlərində 93 milyard avro itiriblər.

Komissiyanın mövqeyinə əsasən, vergi orqanları hazırda kriptovalyuta sahiblərinin qazancları haqqında dəqiq məlumata malik deyil və bu, həmin sektordan əldə edilən vergi daxilolmalarının azalmasına səbəb olur.

“Anonimliyin gizlədilməsi, hazırda 9.000-dən çox müxtəlif kriptoaktivin mövcud olması və ticarətin rəqəmsal xarakter daşıması o deməkdir ki, böyük qazanc əldə edən bir çox kriptoaktiv istifadəçiləri milli vergi orqanlarının nəzarətinə keçir”, - AK-nın iqtisadiyyat üzrə müvəkkili Paolo Сentiloni bildirib.

DAC8 kimi tanınan qaydaların hədəfi xaricdə saxlanılan kriptovalyutalardan milyardlarla avro vergi tutmağa şərait yaratmaqdır.

Yeni hesabat qaydalarına əsasən, verilən təklif Aİ-nin 27 üzv dövləti tərəfindən yekdilliklə təsdiqlənməlidir. Yeni qanunvericiliyin 2026-cı ilin yanvarında qüvvəyə minməsi gözlənilir.