Qomeldə Azərbaycan və Belarus sahibkarları arasında B2B görüşlər keçiriləcək

2022.12.10 10:37 (UTC+04:00)

Belarus müəssisələri Qomeldə keçirilən “Biznes günləri” beynəlxalq forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti ilə B2B görüşlər keçirəcək.

“vergiler.az” Belarus Ticarət və Sənaye Palatasının Qomel filialının yaydığı məlumata istinadən xəbər verir ki, fərdi proqramlar, o cümlədən müəssisələrə səfərlər onların fəaliyyəti, məhsulları və xidmətləri ilə tanış olmağa, mümkün əməkdaşlıq layihələrini müzakirə etməyə imkan yaradacaq.

Bildirilir ki, yeddi il ərzində tədbirin 24 müzakirə sessiyasında 39 yaxın və uzaq xaricdən 2,5 mindən çox şirkət iştirak edib. Bu il forumda 20 ölkə nümayəndə heyəti ilə təmsil olunur.