Gələn il Azərbaycanda yaşayış minimumu neçə manat olacaq?

2022.12.09 14:12 (UTC+04:00)

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

AZƏRTAC