2022-ci il dekabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,7 faiz artaraq 709.557 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,2 faiz artıb və 39 257 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 189.221-ə çatıb.