Qırğızıstandan Azərbaycana 100 baş yak göndərilib

2022.12.09 11:27 (UTC+04:00)

Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 100 baş yak göndərib. “vergiler.az” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri Nazirliyin məlumatına istinadən yazır.

Qeyd olunur ki, heyvanların tədarükü prezident Sadır Japarovun bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilib.

Qırğızıstan Milli Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvarın 1-nə respublikada yakların ümumi sayı 53,9 min baş təşkil edib.