"vergiler.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Udmurtiyanın baş nazirinin birinci müavini Konstantin Suntsov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə respublikanın ixracının inkişafında prioritetlər MDB ölkələri ilə əməkdaşlığın gücləndirilməsi, Fars körfəzi, Şimali Afrika və Yaxın Şərq ölkələri ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması olacaq.
“11 ay ərzində Udmurtiyanın İnkişaf Korporasiyasının İxraca Dəstək Mərkəzinin köməyi ilə 33 şirkət 23,3 milyon ABŞ dolları məbləğində ixrac müqaviləsi bağlayıb”, - deyə K.Suntsov bildirib.
Baş nazirin müavini bu il respublikadan ixracın artımında beynəlxalq tədbirlərin və digər dəstək tədbirlərinin mühüm rol oynadığını əlavə edərək, digər MDB ölkələri ilə yanaşı, Azərbaycana da biznes missiyasının təşkil olunduğunu xatırladıb.