Norveçdə 2024-cü ildə turizm vergisi tətbiq ediləcək

2022.12.09 13:25 (UTC+04:00)

Rusiyanın TASS informasiya agentliyinin məlumatına görə, Norveç hökuməti gələn ilin payızında təqdim olunacaq 2024-cü ilin büdcə layihəsinə turist vergisini daxil edəcək. Norveç Maliyyə Nazirliyinin sözçüsü Lars Vangen deyib: “Biz hər şeyi diqqətlə öyrənməli və həm praktiki, həm də hüquqi baxımdan belə bir verginin tətbiqi imkanlarını müəyyən etməliyik”.

Turistlər tərəfindən mehmanxana ödənişinə, suvenirlərin alınmasına və ya hər hansı turizm fəaliyyətinin həyata keçirilməsinə görə əlavə vergi tutula bilər. Bu addımın atılmasına səbəb isə bələdiyyələrin turizm obyektlərinin və gəzinti yollarının saxlanması, eləcə də səyahət edənlərin qoyub getdiyi zibillərin yığılması üçün külli miqdarda xərc çəkməsidir.