Qlobal şirkətlərin "vergi oyunları" sona yaxınlaşır

2019.05.04 17:09 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Angel Qurria "Google", "Apple", "Facebook" ve "Amazon" kimi internet nəhənglərinin vergiyə cəlb olunmasının 2020-ci ilin sonuna qədər hüquqi əsaslara keçiriləcəyini bidirib: "Bundan sonra inkişaf etməkdə olan ölkələr yığa bilmədikləri vergiləri yığmağa başlayacaqlar".

Qurria açıqlamasında "qlobal avtomatik məlumat mübadiləsi" ilə vergi sahəsində ən böyük inqilabın baş verdiyini vurğulayıb: "Bu ilin hələ qarşıda səkkiz ayı var. Layihənin üzərində işəyirik və şübhə etmirik ki, başa çatdıracağıq. Dünya iqtisadiyyatları, ictimaiyyətlər və ölkələr bir araya gələrək eyni meyarların necə qəbul oluna biləcəyinə dair bir razılaşma əldə etmək məcburiyyətindədir. Bu məsələ üzərində işləyirik. Çətin olsa da xeyli irəliləyişə nail olmuşuq".