Azərbaycanın təmiz və yaşıl inkişafa dair strateji baxışı dəstəklənir

2022.12.07 18:02 (UTC+04:00)

Bu barədə Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl “Azərbaycan: Yaşıl İnkişafa Doğru” hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəni yaşıl və davamlı inkişafa doğru irəliləmək istəyinin nümunəsidir.

O, Azərbaycanın yaşıl inkişaf modelinə doğru irəliləməsinin və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyini dərk etməsi faktını yüksək qiymətləndirib.