Avtomobil benzini və dizel yanacağının satışları oktyabrda 20 faizədək artıb

2022.12.09 10:02 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 2 294,4 milyon manat xərclənib.

“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,4 faiz və ya 215,8 milyon manat çoxdur.

Bu ilin oktyabr satışlarının dəyəri isə sentyabr göstəricisi ilə müqayisədə 18,8 milyon manat və ya 7,1 faiz artaraq 281,7 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,7 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,3 faiz bəndi azdır.