Qazaxıstan Azərbaycana balıq məhsulları ixrac edib

2022.12.06 12:57 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Xəzər dənizində, Ural və Kiqaç çaylarında 14 min tona yaxın balıq ovlanıb.

"vergiler.az" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan hökumətinin iclasında çıxış edərkən Atırau vilayətinin icra hakimiyyətinin başçısı Serik Şapkenov deyib.

Onun sözlərinə görə, balıqların 13,2 min tonu emal olunub, 12,7 min ton məhsul isə Rusiya, Azərbaycan, İsrail və digər ölkələrə ixrac edilib.

"Atırau vilayətində balıq ehtiyatlarının qorunması və çoxaldılması üçün bir sıra tədbirlər həyata keçirilir", - Serik Şapkenov bildirib.