Gürcüstan və Cənubi Koreya ikiqat vergitutmanın qarşısının alınması barədə razılığa gəlib

2019.05.03 19:17 (UTC+04:00)

İki ölkə hökumətləri arasında imzalanmış saziş eyni gəlirə görə iki dəfə vergi tutulmasına yol verməmək üçün tərəflərin hər birinin üzərinə düşən hüquqları və öhdəlikləri müəyyənləşdirir. Sazişi Gürcüstanın maliyyə naziri ilə Yaponiyanın maliyyə naziri və maliyyə nazirinin müavini imzalayıblar. İmzalanma mərasimindən sonra hökumət təmsilçiləri ölkələri arasında iqtisadi əməkdaşlığın və sərmayə qoyuluşlarının perspektivlərini müzakirə ediblər. Müzakirə zamanı qeyd edilib ki, Gürcüstan Estoniyadakı ilə eyni olan koprorativ mənfəət vergisi rejimini tətbiq etmək niyyətindədir və bu niyyətin həyata keçirilməsinin dəstəklənməsi üçün Yaponiyadan yeni investisiyaların qoyulmasını gözləyir. Vergi sistemində dəyişikliklə bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq.