Qazaxıstan Azərbaycana şüşə məmulatları tədarük etmək niyyətindədir

2022.12.03 11:35 (UTC+04:00)

2023-cü ildə Şimali Qazaxıstanın Mamlyut rayonunda tikinti sektoruna aid şüşə məmulatları istehsalı zavodu fəaliyyətə başlayacaq. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə rayonun icra hakimiyyətinin başçısı Vladislav Lukin deyib.

Onun sözlərinə görə, müəssisə Qazaxıstanda ikiqat şüşəli pəncərələrin istehsalı üzrə ən iri istehsal sahələrindən biri olacaq.

“Layihənin büdcəsi 4 milyard təngədir (8,6 milyon dollardan çox - red.). Məhsulların Qazaxıstanda satışı ilə yanaşı, Rusiya, Monqolustan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Azərbaycan, ABŞ və Baltikyanı ölkələrə ixracı planlaşdırılır”, - deyə V.Lukin qeyd edib.