İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil ediləcək

2022.12.02 14:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Bununla bağlı müraciətlər 30 dekabr 2022-ci il tarixinədək qəbul ediləcək.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.

Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.

Qeyd edək ki, könüllülərin seçimi zamanı dil (ingilis, rus) və kompüter biliklərinə malik olan şəxslərə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47;

e-mail: punhan.cafarov@economy.gov.az