Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad edilmiş gəlirlərin bəyan olunmamasına və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcəkdir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məxsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.
Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.