Qeyri-neft ixracında KOB-ların payı ötən il 59,8 faizə çatıb

2022.12.01 11:48 (UTC+04:00)

Azərbaycanda bizneslərin mütləq əksəriyyətini (99,6 faiz), mikro, kiçik və orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri-neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən ildə 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-nin isə 56,5 faizini təşkil edib.

AZƏRTAC