Mikayıl Cabbarov: Kiçik və orta biznesin inkişafı bizim üçün prioritetdir

2022.12.01 11:41 (UTC+04:00)

Bu barədə KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə dekabrın 1-də “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda INSME-nin 18-ci İllik toplantısında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, kiçik və orta bizneslərin inkişafı istənilən ölkənin iqtisadiyyatının inkişaf tempini səciyyələndirir. İqtisadiyyat Nazirliyi üçün bu, prioritetdir.

AZƏRTAC