Hüquqi şəxsin ödədiyi kommunal xərclər hansı halda gəlirdən çıxılan xərclərə aid edilir?

2022.12.01 12:30 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən fiziki şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.