İlin əvvəlindən Ermənistana Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 300 mindən çox vətəndaş gəlib. Bunu jurnalistlərlə görüşündə iqtisadçı Tatul Manaseryan deyib. Onun sözlərinə görə, bu, Ermənistanın ümumi əhalisinin 10%-ni təşkil edir. “Belə bir şəraitdə yoxsulluğun səviyyəsini azalda bilirikmi? İlin sonuna kimi yoxsulluğun səviyyəsi 42%-ə çatacaq. Bu, dəhşətlidir. İndi Ermənistanda iki adamdan biri yoxsuldur”, - Tatul Manaseryan vurğulayıb. O, bildirib ki, yoxsulluq səviyyəsinə görə antirekord Ermənistanın Şirak bölgəsinə məxsusdur, burada yoxulluq göstəricisi 60%-i ötüb. “Dövlətin büdcəsi məşğulluğu stimullaşdırsa, işsizliyi azaltsa, iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlasa, onu təqdir etmək olardı”, - deyə ekspert əlavə edib.