Azərbaycan-Türkmənistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

2022.11.29 14:43 (UTC+04:00)

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

"İnanırıq ki, səmərəli müzakirələrimiz ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığımızın gücləndirilməsinə töhfə verəcək",- deyə nazir əlavə edib.