İşsizlikdən sığorta ödənişi alanlar barədə statistik göstəricilər açıqlanıb

2019.05.03 12:19 (UTC+04:00)

2019-cu il aprelin 1-dək Bakı şəhərində 530 nəfər işsizlikdən sığorta ödənişi alıb. Onlara hesablanmış orta aylıq məbləğ 256,40 manat təşkil edib. Bakı şəhəri Statistika İdarəsinin məlumatına görə, birinci rübdə paytaxtda işsiz kimi qeydiyyata alınanların sayı 18 min 658 nəfər olub. Onlardan 7 min 154 nəfəri qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2.526 nəfər təşkil edib, onlardan 1.311 nəfəri fəhlələrdir.

Ən çox işsiz paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Aprelin 1-dək bu rayondan 2 min 818 nəfər işsiz kimi qeydiyyata düşüb. Sabunçu rayonunda 2 min 562 nəfər, Yasamalda isə 2 min 116 nəfər işsiz qeydə alınıb. Ən çox işsizlikdən sığorta ödənişi alanlar isə Binəqədi rayonunda olub – 77 nəfər. Yasamalda 76 nəfər, Qaradağda 65 nəfər işsizlikdən sığorta ödənişi alıb.

Bakı şəhəri məşğulluq xidməti orqanı tərəfindən işsiz şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı
(1 aprel 2019-cu il vəziyyətinə)

İşsiz şəxslər, nəfər Onlardan işsizlikdən sığorta ödənişi
alanlar
Bakı şəhəri - cəmi 18.658 530

o cümlədən rayonlar:

Binəqədi

1.731

77

Xətai

1.774

57

Xəzər

1.205

18

Qaradağ

943

65

Nərimanov

1.037

41

Nəsimi

1.599

43

Nizami

1.698

59

Pirallahı

137

2

Sabunçu

2.562

31

Səbail

1.038

17

Suraxanı

2.818

44

Yasamal

2.116

76