Sahib Məmmədov: Azərbaycanın İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsi ötən illə müqayisədə 55,4 faiz artıb VİDEO

2022.11.29 11:49 (UTC+04:00)

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında çox sıx iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr yüksələn xətlə inkişaf edir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artaraq 7,7 milyard ABŞ dolları təşkil edib. İƏT-ə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı isə 16,5 faiz təşkil edir.

Bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun İstanbulda Azərbaycan mediasına açıqlamasında deyib.

AZƏRTAC