İstanbulda COMCEC-in 38-ci iclası keçirilib

2022.11.29 10:10 (UTC+04:00)

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclası keçirilib. “COVID-19 pandemiyası ilə bağlı effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda təşkil olunmuş tədbirdə İƏT-ə üzv ölkələrdə COMCEC Strategiyasının icrası, ticarət, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, maliyyə, rəqəmsal transformasiya, yoxsulluğun aradan qaldırılması, özəl sektorun inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İƏT-ə üzv ölkələrin dövlət qurumlarının, təşkilatın ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.