Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2.195 investisiya layihəsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb

2022.11.28 14:55 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.