Daha bir sahibkarlıq subyektinə güzəştli kredit ayrılıb

2022.11.25 16:38 (UTC+04:00)

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şahdağ Süd və Ət MMC-yə kəsim məntəqəsinin yaradılması layihəsi üzrə 650 min manat güzəştli kredit ayrılıb. Xaçmazda icra olunacaq layihə 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.