Pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət dəstəyi davam edir

2022.11.25 14:05 (UTC+04:00)

"2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 milyon manat vəsait ödənilib".

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda öz sosial şəbəkə hesabında məlumat verib.