“Twitter” “App Store”dan kənarlaşdırıla bilər

2022.11.25 13:28 (UTC+04:00)

İlon Mask “Twitter”i satın alandan bəri qeyri-müəyyənlik davam edir. İşçilər və istifadəçilər məşhur iş adamının şirkət və platformada etdiyi dəyişikliklərdən son dərəcə narahat olduqlarını bildirirlər. İndi isə İlon Mask ilə “Apple Store” meneceri Fil Şiller arasında gərginlik gündəmə gətirilib. Keçmiş “Twitter” rəhbəri isə elan edib ki, İlon Musk belə davam edərsə, proqram “App Store”dan kənarlaşdırılacaq.
İlon Musk bu yaxınlarda öz “Twitter” hesabında “App Store” tətbiqinin haqqının kifayət qədər yüksək olduğu barədə mesaj paylaşmışdı. Buna cavab olaraq “App Store” rəhbəri Fil Şiller izləyicilərinin sayı yüksək olan “Twitter” hesabını bağlamışdı.

“App Store” menecerinin platformanı tərk etməsinə baxmayaraq, “Apple” şirkətinin rəsmi “Twitter” hesabları hələ qalır. “Twitter” və “Apple” mövzu ilə bağlı açıqlama verməyib.