Ötən ay pomidor ixracı kəskin artıb

2022.11.24 17:08 (UTC+04:00)

Bu ilin oktyabr ayında Azərbaycandan 2 860.37 min ABŞ dolları dəyərində 2 553.48 ton pomidor ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 56.7 dəfə, həcm baxımından isə 48.9 dəfə çoxdur.

Ümumilikdə cari ilin yanvar-oktyabr ayları ərzində ölkədən 137 139.70​ min dollar dəyərində 114 907.64 ton sözügedən məhsul ixrac olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən dəyər olaraq 5.8 faiz çox, həcm olaraq isə 4.5 faiz azdır.

Qeyd edək ki, cari ilin ilk 10 ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.4 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5.75 faizə bərabər olub.