- Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilmiş sammiti, sizcə, nə ilə əlamətdar oldu?
- Bu qurum dövlətlərarası əməkdaşlıq üçün mühüm platformalardan biridir. Əvvəllər bu təşkilat başqa formatda mövcud idi. Lakin bugünkü geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı formatı getdikcə aktuallaşır. Söhbət sadəcə təşkilatın üzvlərinin inteqrasiyasından deyil, həm də onun regiondakı siyasi vəziyyətə təsirindən gedir. İnanıram ki, TDT təkcə iqtisadi-ticarət əməkdaşlıq sahəsində deyil, həm də təhlükəsizlik məsələlərində birgə fəaliyyətləri sinxronlaşdırmağa və əlaqələndirməyə imkan verəcək. Sammitin nəticəsi olaraq bir sıra mühüm qərarlar, xüsusilə də türk dövlətlərinin inteqrasiyasına əlavə təkan verəcək İnvestisiya Layihələrinə Dəstək Fondunun yaradılması ilə bağlı qərar qəbul edildi. Elm və təhsil sahəsinə gəlincə, bu istiqamətdə, məsələn, Beynəlxalq Türk Akademiyası kimi institusional strukturlar yaradılıb.
İndi Xəzər beşliyinə daxil olan ölkələr orta iqtisadi inkişaf səviyyəsinə çatıb və
biz ekoloji təhlükəsizlik məsələlərini gündəmə gətirməliyik. Xəzərin
sualtı sərvətləri, əslində, neft hasilatından əldə edilən faydaları üstələyir
- Bu gün Xəzər regionu ölkələrinin üzləşdiyi hansı əsas problemlər çoxtərəfli əməkdaşlıqda ön plana çıxır?
- Bu kontekstdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıqla yanaşı, ekoloji əməkdaşlıq da mühüm yer tutur. SSRİ dağılandan sonra bir sıra Xəzəryanı dövlətlər neft hasilatında fəal iştiraklarını davam edirdilər. Bu, iqtisadiyyatı bərpa etmək, adambaşına düşən ÜDM-in səviyyəsini yüksəltmək, kasıb ölkələr qrupundan çıxmaq üçün zəruri idi. Neft bu məqsədlərin həyata keçirilməsinə kömək etdi.
İndi Xəzər beşliyinə daxil olan ölkələr orta iqtisadi inkişaf səviyyəsinə çatıb və biz ekoloji təhlükəsizlik məsələlərini gündəmə gətirməliyik. Xəzərin sualtı sərvətləri, əslində, neft hasilatından əldə edilən faydaları üstələyir. Xəzəryanı ölkələr üçün bütün institusional strukturlar yaradılıb. Bu strukturlara Xəzər beşliyi, Türkdilli Dövlətlər Təşkilatı da daxildir. Hesab edirəm ki, bunlar ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
- Kommunikasiyaların blokdan çıxarılması, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsinə toxunmaq istərdim. Bu dəhliz Xəzəryanı ölkələr üçün regiondan keçən marşrutların cəlbediciliyini artırmaq istiqamətində hansı imkanlar yarada bilər?
- Zəngəzur dəhlizinin açılması böyük maraq doğurur və Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq qələbəsi bu prosesi daha da sürətləndirib. Bu dəhliz türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrin inkişafına əlavə təkan verəcək. Yəni bu, bütün türk dövlətləri arasında marşrut yaratmağa imkan verəcək. Transxəzər nəqliyyat dəhlizindən istifadəyə gəlincə, cari ildə bu dəhlizlə yükdaşımalar 1 milyon tona çatıb ki, bu da ötən ilin analoji göstəricilərindən 3-4 dəfə çoxdur. Bu il dövlətlərimiz arasında Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirildi, gələn il növbəti iclasın keçirilməsi nəzərdə tutulur. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin dərinləşməsinə öz töhfəsini verən İşgüzar Şura fəaliyyət göstərir. Mən Bakı ilə Astana arasında iqtisadi əlaqələrin gələcək inkişafına nikbin baxıram, hər il bunun üçün əlavə stimullar yaranır.
Zəngəzur dəhlizinin açılması böyük maraq doğurur və Azərbaycanın
İkinci Qarabağ müharibəsində parlaq qələbəsi bu prosesi daha da sürətləndirib
- Xəzər regionunda “yaşıl iqtisadiyyat”ın inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Hazırda “yaşıl iqtisadiyyat”ın hərtərəfli inkişafı məsələsi dünyanın gündəmindədir. Bu məsələ BMT, eləcə də digər beynəlxalq təşkilatlar vasitəsilə hüquqi cəhətdən rəsmiləşdirilib. Ona görə də biz qlobal gündəmdən geri qalmamalı, “yaşıl iqtisadiyyat”ın inkişafı üçün kompleks tədbirlər görməliyik. Buna həm türk dövlətləri, həm də Xəzəryanı ölkələr öz töhfələrini verməlidir. Hər bir Xəzəryanı dövlət “yaşıl iqtisadiyyat”ın inkişafı üçün milli səviyyədə bir sıra tədbirlər hazırlayıb. Qazaxıstana gəlincə, biz də bu istiqamətdə kifayət qədər layihələr hazırlamışıq.
Təbii ki, hələ həll olunmamış məsələlər var, lakin bütün bunlar zamanla öz həllini tapacaq.
- Son illər Azərbaycanla Qazaxıstan arasında iqtisadi münasibətlərdə hansı tendensiyalar müşahidə olunur? Qazaxıstan şirkətləri Azərbaycanda hansı sahələrdə əməkdaşlıq etməlidirlər?
- Son illər ölkələrimiz arasında əlaqələr xeyli möhkəmlənib, ticarət və investisiya sahəsində kifayət qədər müsbət nəticələr əldə etmişik. Buna Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin artması stimul verir. 2020-ci ilin sonunda ticarət dövriyyəsinin həcmi 109 milyon dolları keçmiçdi, 2021-ci ilin sonunda isə bu göstərici 332 milyon dollardan artıq oldu. Bu, əhəmiyyətli nəticədir və 2022-ci ilin sonuna qədər bu rəqəmin daha da artacağına əminəm. Ölkələrimiz arasında maşınqayırma, kənd təsərrüfatı, təhsil, səhiyyə, iqtisadiyyatın rəqəmsallaşdırılması, telekommunikasiya, loqistika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq mümkündür. Səmərqənddə keçirilmiş son sammitin fonunda deyə bilərik ki, biz iqtisadiyyatın bütün sahələrini uğurla inkişaf etdirə bilərik.
Tamilla MƏMMƏDOVA