Özbəkistan və Türkiyə nəqliyyat və logistika sahəsində əməkdaşlıq memorandumu imzalayıblar

2022.11.23 15:34 (UTC+04:00)

Dünyada yaranmış hazırkı mürəkkəb geosiyasi vəziyyət ölkələri mövcud imkanları genişləndirməyə və təkmilləşdirməyə sövq edir. Özbəkistan Respublikasının "Uztemiryulconteiner" Səhmdar Cəmiyyəti ilə Türkiyənin “Pacifik Eurasia Lojistik Dış Ticaret” şirkəti arasında noyabrın 18-də bu mövzuda keçirilmiş danışıqların yekunu olaraq nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Özbəkistan tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir ki, memoranduma əsasən, iki ölkə arasında yükdaşımaların həcminin artırılması, konteyner və multimodal daşımaların həyata keçirilməsində müştərilər üçün əlverişli şəraitin yaradılması, konteyner qatarlarının hərəkətinə başlanması barədə razılıq əldə olunub. Qeyd edilib ki, memorandum iki ölkə arasında nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyəti yeni səviyyəyə qaldırmaq üçün nəzərdə tutulub.